Rusiya Krivoy Roqu raketlə vurdu: ölən və yaralananlar var
Rusiya Ukraynanın Krivoy Roq şəhərinə raket zərbələri endirib.
Ölkənin Daxili İşlər Nazirliyi bu barədə məlumatı təsdiqləyib və bununla bağlı Nazirliyin mətbuat xidməti “Telegram” kanalında paylaşım edib.
“Hazırda hadisə yerində bütün lazımi qurumlar işləyirlər. Təhlükəsizlik tədbirlərinə riayət edin. Hava hücumu xəbərdarlıq siqnalı bitənə qədər sığınacaqlarda qalın. Əlavə məlumatlar dəqiqləşdirilir!”, – deyə məlumatda qeyd edilib.
Bir müddət sonra daxili işlər naziri İqor Klimenko bildirib ki, rusiyalılar şəhərə iki raket zərbəsi endiriblər. Bunlardan birincisi təhsil ocağının dördmərtəbəli binasına düşüb. “Ehtimal ki, dağıntılar altında insanlar var. Xilasedicilər və polis işləyirlər”, – deyə o əlavə edib.
İkinci raket isə yaşayış binasının dördüncü mərtəbəsindən doqquzuncu mərtəbəsinə qədər olan hissəsini məhv edib və nəticədə yanğın başlayıb. “Xilasedicilər yanğını söndürür və dağıntıları təmizləyirlər. Orada hələ də insanlar ola bilər”, – deyə məlumatda vurğulanıb.
#Ukrayna teqi istifadə olunub
- Logistika dağıldı, ehtiyatlar azalır | Zərbələr əhalinin dərman yolunu necə kəsdi? - Baku TV
- Dərman anbarlarına zərbələr apteklərdə hansı böhrana yol açacaq? - Baku TV CANLI
- Daha bir azərbaycanlı dronun qurbanı oldu - ANA XƏBƏR
- Qırıcı razılaşması və milyardlıq dəstəkdən sonra Kiyevə hansı xəbər gələcək? - Baku TV CANLI
- Ukraynadan 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib - Baku TV
