Pleyeri seçin:

Rusiya Kurskdan Ukrayna ordusunu çıxarmağa niyə tələsmir? | Ekspertlərdən açıqlama

23 avqust 2024 359 baxış

Artıq xeyli müddətdir ki, Ukrayna Rusiyanın Kursk vilayətində irəliləyir.

Baş verənlərin nəticəsi kimi Rusiya torpaqlarında ABŞ bayrağı dalğalandırılır, Ukrayna raketlə Rusiyanın yanacaq yüklü bərəsini vurur.

Verilən məlumatlara görə, Ukrayna Ordusunun Hava Hücum Briqadası Kursk vilayətində Rusiya Silahlı Qüvvələrinə məxsus "UAZ"ı pusquya salaraq savaşda üstünlük qazanmağa çalışır. Bütün bunların fonunda Rusiya Kursk vilayətinin dərinliklərindən Ukrayna Ordusunu çıxarmağa sanki tələsmir.

Bəzi analitiklərə görə, Rusiya qoşunları üçün çətin bir vəziyyət yaranıb. Ukraynaya Amerikadan gələn yardımlar mövcud durumu daha da mürəkkəbləşdirir.

Ekspertlər istisna etmirlər ki, Ukraynanın Rusiya ərazilərinə hücumu psixoloji müharibənin bir hissəsidir və həmin əməliyyatları həyata keçirən Ukrayna Ordusu kontingenti isə Qərb koalisiyasının hazırladığı məkrli planların qurbanıdır.

Qərbin Kiyevi “F16”larla, qanadlı raketlərlə təmin etməsi baş verəcək yeni həmlələrin mesajı kimi qiymətləndirilir. Hətta bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski Qərb liderlərinə müraciət edərək Ukraynaya Rusiya ərazisini vurmaq üçün uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə etməyə icazə istəyib.

Əlbəttə ki, rəsmi Kiyevin bu cür yeni tələbləri Qərbin prosesdə fəallaşmasına rəvac verdiyi kimi ümid bəslənilən siyasi çözümlərin qarşısında da ciddi əngəllər yaradır. 

Banner
Tramp və Putin arasında gizli razılaşma iddiası | Ukrayna Ordusu niyə çətinlik yaşayır? - Baku TV

Tramp və Putin arasında gizli razılaşma iddiası | Ukrayna Ordusu niyə çətinlik yaşayır? - Baku TV

Dünya
16 oktyabr 2026 359 baxış
Rusiyanın neft obyektlərinə hücumlardan sonra Kremldən Kiyevə kritik mesaj - Baku TV

Rusiyanın neft obyektlərinə hücumlardan sonra Kremldən Kiyevə kritik mesaj - Baku TV

Dünya
16 oktyabr 2026 359 baxış
Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI

Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI

Dünya
16 oktyabr 2026 359 baxış
Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub

Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub

Dünya
16 oktyabr 2026 359 baxış
Kiyevin zərbə imkanlarını artırmaq üçün Britaniyadan yeni raket tədarükü gözlənilir

Kiyevin zərbə imkanlarını artırmaq üçün Britaniyadan yeni raket tədarükü gözlənilir

Dünya
16 oktyabr 2026 359 baxış
Dünya çempionatı ilə bağlı qərar FIFA rəhbərini tənqidlərin hədəfinə çevirib

Dünya çempionatı ilə bağlı qərar FIFA rəhbərini tənqidlərin hədəfinə çevirib

Dünya
16 oktyabr 2026 359 baxış
Vaşinqtondakı Çin səfirliyi hərbi yardım iddialarına aydınlıq gətirib

Vaşinqtondakı Çin səfirliyi hərbi yardım iddialarına aydınlıq gətirib

Dünya
16 oktyabr 2026 359 baxış
Bəşəriyyətin gələcəyi ilə bağlı açıqlanan tarix müzakirələrə səbəb olub

Bəşəriyyətin gələcəyi ilə bağlı açıqlanan tarix müzakirələrə səbəb olub

Dünya
16 oktyabr 2026 359 baxış
İrandan verilən son mesajda Vaşinqtona qarşı sərt xəbərdarlıq ön plana çıxıb

İrandan verilən son mesajda Vaşinqtona qarşı sərt xəbərdarlıq ön plana çıxıb

Dünya
16 oktyabr 2026 359 baxış
Neft bazarında bahalaşma müşahidə edilir, ehtiyatların azalması gündəmə gəlib

Neft bazarında bahalaşma müşahidə edilir, ehtiyatların azalması gündəmə gəlib

Dünya
16 oktyabr 2026 359 baxış
Seçilmişlər
icon