Rusiya lideri Təhlükəsizlik Şurasını niyə topladı?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin ölkənin Təhlükəsizlik Şurasını təcili toplamasının səbəbləri dünya mediasının diqqət mərkəzindədir. Baku TV-nin süjetində qeyd olunur ki, bu iclasın əsas mövzusu Rusiyanın nüvə çəkindirmə siyasətinə dair dövlət doktrinasına edilən mühüm düzəlişlər olub. Yeni dəyişikliklərə əsasən, hər hansı nüvə silahı olmayan dövlətin nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə Rusiyaya hücumu "birgə hücum" kimi qiymətləndiriləcək. Putin vurğulayıb ki, Rusiya və onun müttəfiqi olan Belarusa qarşı adi silahlarla belə ciddi təhlükə yaradılarsa, Kreml nüvə silahından istifadə hüququnu özündə saxlayır. Bu addım Qərbin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi vermə ehtimalına qarşı birbaşa xəbərdarlıq kimi xarakterizə olunur.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
