Rusiya Macarıstanı maneəsiz enerji ilə təmin etməyə davam edəcək
“Biz Macarıstan-Rusiya enerji əməkdaşlığının vəziyyətini nəzərdən keçirdik və belə qənaətə gəldik ki, Rusiyadan neft və qaz Macarıstana maneəsiz daxil olmaqda davam edir”.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Rusiya Baş nazirinin müavini Aleksandr Novakla telefon danışığından sonra feysbukdakı hesabında yazıb.
“Aleksandr Novak təsdiqlədi ki, Rusiya bizə lazım olan enerji təchizatı və maneəsiz tədarükü üçün qanuni şərtlərlə təminatına davam edəcək”, – deyə Siyarto bildirib.
O əlavə edib ki, Avropa əsasən öz təqsiri üzündən daimi enerji böhranları ilə üzləşir.
“Lakin belə qeyri-müəyyən şəraitdə də biz ölkəmizin enerji təchizatının təhlükəsizliyinə zəmanət veririk. Rusiya bunda əsas rol oynamalıdır – hətta siyasi səbəblərə görə deyil, coğrafi səbəblərə görə”, – nazir vurğulayıb.
#Rusiya teqi istifadə olunub
- Azərbaycanda axtarışa verilən Anar Abbasov Rusiyada saxlanılıb - Baku TV CANLI
- Trampın Rusiya ilə bağlı qərarı Zelenskini özündən çıxardı - Baku TV CANLI
- Rusiyada yaponiyalı jurnalistə qarşı casusluq şübhəsi gündəmə gəlib
- Trampın Rusiya ilə bağlı sanksiya qərarının pərdəarxası - Baku TV CANLI
- Qara dənizdə daha gərgin ssenarilərə hazırlıq gedir? - Rusiya və Ukraynaya təklif - Baku TV
