Rusiya minlərlə ukraynalı uşağı oğurlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada xüsusi hərbi əməliyyat aparan Rusiya Ordusu işğal olunan ərazilərdən 16 207 uşaq çıxarıb, həmçinin 1 və ya hər iki valideynini itirən 4 390 azyaşlını oğurlayıb.
Bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bildirib.
Qeyd edib ki, Ukrayna prokurorluqdan, kəşfiyyat xidmətindən və digər mənbələrdən aldığı bu hallarla bağlı bütün məlumatları Beynəlxalq Cinayət Məhkəməsinə ötürür.
“Rusiyalılar oğurladıqları ukraynalı uşaqların Rusiyada övladlığa götürülməsi barədə məlumat verərkən faktiki olaraq törətdikləri cinayətləri etiraf etmiş olurlar. Onlar həmin azyaşlıları Ukraynaya qaytarmaq əvəzinə, övladlığa götürürlər və bununla açıq şəkildə lovğalanırlar. Uşaqların Ukraynaya qaytarılması üçün beynəlxalq ictimaiyyətin Rusiyaya təzyiqini artırmaq, sanksiyaları gücləndirmək lazımdır”, - deyə İrina Vereşuk vurğulayıb.
İ.Vereşuk həmçinin əlavə edib ki, Rusiya hərbçiləri Ukraynada törətdiyi cinayət əməllərinə görə məsuliyyətə cəlb edilməlidir.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
