Pleyeri seçin:

Rusiya MN-dən Ukraynanın hücumu ilə bağlı təcili məlumat

08 avqust 2024 594 baxış

Rusiyanın Kursk vilayətinə daxil olan Ukrayna qoşunları sərhəd zonasında möhkəmlənib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Sudjanski rayonunun Nikolaevo-Daryino, Sverdlikovo və Darino kəndlərini işğal edib.

Bildirilir ki, Ukrayna əsgərləri Rılsk-Sudja magistralına da nəzarəti ələ keçirməyə cəhd ediblər. Hətta quru qoşunları Qonçarovkaya ərazisi istiqamətində də müəyyən irəliləyişlərə nail ola bilib.

İki gündür sərhadyanı ərazi sayılan Oleşnya kəndində də döyüşlər gedir. Ukrayna Silahlı Qüvvələri qazın Ukrayna ərazisindən keçməklə Avropaya nəql edildiyi Sudja qazölçmə stansiyasını da ələ keçirib. Amma nəzarət-buraxılış məntəqəsindəki vəziyyətlə bağlı hələ ki heç nə məlum deyil.

İlkin ehtimallara görə, Ukrayna Silahlı Qüvvələrinin bir və ya iki batalyonu Kursk vilayəti ərazisinə daxil olaraq 10 kilometr qərbə doğru irəliləyib. Ümumilikdə, bölgəyə 400-ə qədər Ukrayna hərbçisinin daxil olduğu deyilir. Daha iki minə qədər hərbçi isə sərhəddə cəmlənib.

Avqustun 7-də isə Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində irəliləməsinin qarşısının alındığına dair bəyanat yayıb. Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinin Kursk vilayətində vəziyyətlə bağlı güc strukturlarının rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə Ukrayna tərəfdən itkilərin 315 nəfər olduğunu deyib.

“Onlardan azı 100 nəfər ölüb, 215 nəfər yaralanıb. 54 zirehli texnika, o cümlədən 7 tank məhv edilib. Kurskda gedən əməliyyatlar düşməni məğlub etməklə və dövlət sərhədlərinin müdafiəsi ilə başa çatacaq”, – deyə V.Gerasimov bildirib.  

Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 594 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 594 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 594 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 594 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 594 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 594 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 594 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 594 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 594 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 594 baxış
Seçilmişlər
icon