Rusiya mövqelərinə genişmiqyaslı hücum | Görün hansı silahdan istifadə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Luqansk dron hücumuna məruz qalıb.
Rusiya ordusunun mövqelərində partlayışlar baş verib. Ukrayna ordusu Rusiyanın nəzarətində olan bəzi hərbi obyektlərə aviazərbələr endirib.
Məlumata görə, Böyük Britaniyaya məxsus “Storm Shadow” raketlərindən istifadə olunub.
Donetskdə də partlayışlar baş verib. Raketlərlə metallurgiya zavodunun da hədəf alındığı bildirilir.
Ukraynada 13 istiqamətdə 146 hərbi toqquşma olub. Rusiyanın 62 hücumunun qarşısı alınıb.
Rusiyanın Saratov və Engels şəhərlərində partlayışlar baş verib, sirenlər işə düşüb. Dron hücumlarına görə Rusiyanın 4 hava limanı işini dayandırıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynaya aid 60 dron zərərsizləşdirilib. Pilotsuz uçuş aparatları Krım, Rostov, Azov dənizi, Kursk, Saratov, Qara dəniz, Belqorod, Voronej və Orlov səmasında vurulub.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
