Rusiya Müdafiə Nazirliyi məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya paytaxtına dron hücumu olub.
Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, Odintsovo rayonuna edilən PUA hücumu dəf edilib. İlkin məlumatlara görə, dronun düşdüyü yerdə dağıntı və tələfat olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri cəlb olunub.
Rusiya Müdafiə Nazirliyi də Moskvaya dron hücumu ilə bağlı məlumat yayıb. Nazirlikdən mətbuata verilən açıqlamada hücumun Ukrayna tərəfindən həyata keçirildiyi bildirilib.
"Moskva vaxtı ilə saat 12:35-də Kiyevin Rusiya ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus pilotsuz uçuş aparatını dərhal məhv edib", – deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
#Rusiya Müdafiə Nazirliyi teqi istifadə olunub
