Rusiya nüvə arsenalını artırır? - Peskovdan sensasiya yaradan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyanın nüvə doktrinasında dəyişiklik Qərbə siqnaldır”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bu, bizə dost olmayan ölkələrə Rusiyaya müxtəlif vasitələrlə hücumda iştirak edəcəkləri təqdirdə bir növ xəbərdarlıqdır”, – deyən D.Peskov qeyd edib ki, bütün dünyaya Rusiyanın nüvə potensialı yaxşı məlumdur və sağlam düşünən Qərb siyasətçiləri Prezident Vladimir Putinin bəyanatlarının ciddiliyini başa düşürlər.
D.Peskov həmçinin qeyd edib ki, Rusiya nüvə arsenalını artırmağı planlaşdırmır. O, sentyabrın 25-də Təhlükəsizlik Şurasında bu barədə heç bir söhbətin getmədiyini söyləyib.
Vladimir Putinin sözçüsü yenilənmiş nüvə doktrinasının mətninin dərci ilə bağlı qərar qəbul edilərsə, Kremlin vaxtında məlumat verəcəyini də vurğulayıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
