Rusiya Ordusu qələbəyə yaxınlaşır? - “Putin müharibəni onda bitirəcək ki...”
Yeniliklərdən dərhal xəbərdar olun
Kreml açıq şəkildə Donald Trampın Ukraynada müharibənin dayandırılması ilə bağlı çağırışlarını görməzdən gəlir. Çünki Vladimir Putin Rusiya ordusunun cəbhəni yara və Ukraynanı tamamilə “sındıra” biləcəyinə inanır.
Bu barədə “Nyu-York Tayms” nəşri yazıb.
Nəşr Kremlə yaxın iki mənbəsinə istinadən bildirilir ki, Rusiya lideri döyüş meydanında Rusiyanın üstünlüyünün artdığına və Ukraynanın müdafiəsinin qarşıdakı aylarda çökə biləcəyinə inanır. Onlar həmçinin vurğulayıblar ki, Putin hazırda döyüş əməliyyatlarını dayandırmağı mümkün saymır – əgər Ukrayna ciddi güzəştlərə getməsə.
“O, Trampla münasibətləri yaxşılaşdırmaq naminə Ukrayna ilə bağlı məqsədlərindən imtina etməyəcək”, – deyə Rusiya-Avrasiya Mərkəzinin baş elmi əməkdaşı Tatyana Stanovaya Kremlin daxili mənbələri ilə razılaşaraq bildirib.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
