Rusiya Ordusu şiddətli hücuma keçdi | Ukraynadan sarsıdıcı cavab
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 21-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynaya kütləvi dron və raket hücumları həyata keçirib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, hücum nəticəsində ABŞ-yə məxsus elektronika məhsulları istehsal edən zavod zərər görüb. Nazir müəssisənin tamamilə mülki məqsəd daşıdığını vurğulayıb.
Bununla yanaşı, Kiyev, Lvov, Mukaçevo, Zaporojye şəhərlərinə hücum edilib. Hadisə nəticəsində sənaye infrastrukturu obyektlərinə və yaşayış binalarına ziyan dəyib.
Mukaçevoda PUA-nın düşməsi səbəbi ilə 12 mülki şəxs yaralanıb, fərdi yaşayış evləri yararsız hala düşüb, avtomobillər zədələnib. Lvovda isə 1 nəfər ölüb, bir neçə şəxs isə xəsarət alıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya 574 dron və 40 raketdən istifadə edib. 546 dron və 31 raket zərərsizləşdirilib. Neytrallaşdırılan raketlər arasında “Kinjal” da olub.
Ukrayna cavab atəşi olaraq dronlarla Rusiyanın bir neçə ərazisinə hücum edib. Hücum nəticəsində Novoşaxtinsk Neft Emalı Zavodunda yanğın başlayıb. Zavod Rusiyanın ümumi emal gücünün təxminən 1,9%-ni təşkil edir.
Bundan başqa, Voronej vilayətinə də hücum edilib, nəticədə elektrik enerjisi kəsilib, qatarların hərəkəti dayanıb. Luqanskda isə hadisə nəticəsində 1 nəfərin öldüyü bildirilib.
Rusiya Müdafiə Nazirliyi isə həmin gecə Ukraynaya məxsus 49 PUA-nı vurduğunu açıqlayıb.
#Hava hücumu teqi istifadə olunub
- Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü
- Rusiya raketlərlə hücuma keçdi | Xeyli insan dağıntıların altında qalıb? - Baku TV CANLI
- Xarkova yeni zərbə endirildi | Hücumda xeyli sayda ölən və yaralanan var - Baku TV
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
