Rusiya Ordusu Ukrayna vilayətlərini atəşə tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın cənubundakı Odessa şəhərində partlayış səsləri eşidilib.
Bu barədə şəhərin meri Gennadi Truxanov məlumat verib. Dron qruplarının Odessaya Qara dənizdən uçduğu bildirilir.
Avqustun 4-nə keçən gecə Ukraynanın həmçinin Jitomir, Sumı, Çerniqov, Xarkov, Poltava, Kiyev vilayətlərinə PUA hücumları qeydə alınıb, hava hücumu sirenləri işə düşüb.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, silahlı qüvvələr Rusiyanın “İsgəndər-M” ballistik raketi də daxil olmaqla 61 hava hədəfini vura bilib.
Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri ölkənin regionlarına hücuma cəhd edən Ukrayna Silahlı Qüvvələrinin iki HIMARS mərmisi və Ukraynanın 274 pilotsuz uçuş aparatını vurub.
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, hava hədəflərinin əksəriyyəti Qara dəniz üzərində, Voronej vilayətində və Krımda vurulub. Bu ərazilərdə ümumilikdə 41 pilotsuz uçuş aparatı məhv edilib.
#Hava hücumu teqi istifadə olunub
- Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü
- Rusiya raketlərlə hücuma keçdi | Xeyli insan dağıntıların altında qalıb? - Baku TV CANLI
- Xarkova yeni zərbə endirildi | Hücumda xeyli sayda ölən və yaralanan var - Baku TV
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
