Rusiya Prezidenti hansı ölkənin əməllərini pislədi? | Danışığın detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkian və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya lideri İsrail zərbələri nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İran rəhbərliyinə və xalqına başsağlığı verib.
O həmçinin vurğulayıb ki, Rusiya İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozaraq həyata keçirdiyi əməlləri pisləyir.
“Rusiya tərəfi İran nüvə proqramı ətrafında vəziyyətin sülh yolu ilə tənzimlənməsi üçün səyləri hərtərəfli dəstəkləyib, qarşılıqlı məqbul razılaşmaların tapılmasına yönələn konkret təşəbbüslər irəli sürüb. Rusiya bundan sonra da İran və İsrail arasında münaqişənin deeskalasiyasına kömək edəcək”, – deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Netanyahu ilə söhbətində Putin danışıqlar prosesinə qayıtmağın və İran nüvə proqramı ilə bağlı bütün məsələlərin yalnız siyasi-diplomatik vasitələrlə həll edilməsinin vacibliyini vurğulayıb, həmçinin gərginliyin daha da artmasını qabaqlamaq üçün vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Kreml qeyd edib ki, Moskva hazırkı vəziyyətin tənzimlənməsinə yönələn həm Tehran, həm də Təl-Əvivlə sıx əlaqələri davam etdirəcək.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
