Rusiya Prezidentindən sərt cavab | Makronkimlərin arzusu...
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makronun bir neçə gün öncə Rusiyanın Fransa və bütün Avropa üçün təhlükə yaratdığını bildirərək, Avropa İttifaqını müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etməyə çağırmasına cavab Rusiya Prezidenti Vladimir Putindən gecikməyib.
Rusiya dövlət başçısı hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlərin olduğunu söyləyib: amma Putin “onlar bunun necə bitdiyini deyəsən unudublar” deyə vurğulayıb. O, Makronkimilərin istəyinin reallaşmayacağını xüsusi qeyd edib.
Son bir neçə aya nəzər salsaq, Putin və Makron arasında yaşanan ziddiyyətlərin getdikcə artdığını görərik. Fransanın Avropada söz sahibinə çevrilməsinə can atan Emmanuel Makron hər dəfə çıxışlarında Rusiyanı “böyük təhlükə” adlandırır. Rəsmi Moskva isə buna cavab olaraq Fransa tarixindən misallar gətirərək onların uğursuzluqlarını qabardır.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
