Rusiya PUA və raketləri Ukrayna səmasında dəhşət yaşatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 2-dən 3-nə keçən gecə Rusiya silahlı qüvvələri ballistik və hava raketlərindən, dronlardan istifadə edərək Ukrayna ərazilərinə kütləvi hücum həyata keçirib.
Bu barədə Ukraynanın hava qüvvələri məlumat verib.
“Şahed” PUA-ları və ballistik raketlərdən istifadə edilərək ümumilikdə 526 hava hücumu qeydə alınıb. Əsasən Kiyev, Kursk, Bryansk, Millerovo, Oryol, Lutsk şəhərləri atəşə məruz qalıb.
Əlavə edilib ki, səhər saat 9-a qədər Rusiyanın 451 PUA-sı məhv edilib, qalanları isə yaşayış məntəqələri yerləşən ərazilərə, hərbi infrastruktura düşüb. Yaşayış evlərində yanğınlar baş verib, avtomobillər zədələnib.
Səhər saat 4 radələrində isə Ukrayna hərbi hava qüvvələri ölkənin şərq və cənub bölgələrinə raket təhlükəsi elan edib. Hücum səbəbi ilə Kirovoqrad vilayətində dəmir yolu infrastrukturu zədələnib, dörd dəmiryolu işçisi yaralanıb.
Rusiyanın daha 780 hərbçisi öldürülüb. Ukrayna Ordusu Rusiyanın 500 hərbi texnikasını məhv edib.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələri Rusiyaya PUA hücumu həyata keçirib.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hava hücumundan müdafiə qüvvələri gecədən səhərə qədər Ukraynanın 105 pilotsuz uçuş aparatını məhv edib.
#PUA hücumu teqi istifadə olunub
- Rusiyaya PUA hücumu rəqəmsal sistemləri iflic etdi
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Rusiya liderini daşıyan bortlar Moskva səmasında dövrə vurub - 24 SAAT
- Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV
- Azərbaycanlı dənizçilərin olduğu gəmidə dəhşətli anlar - Baku TV CANLI
