Rusiya qisas əməliyyatı keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusu Ukrayna Silahlı Qüvvələrinə qarşı qisas əməliyyatı keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Nazirliyin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkovun sözlərinə görə, Ukraynanın Kramatorskda yerləşən Silahlı Qüvvələrinin müvəqqəti yerləşdirmə məntəqələrinə kütləvi raket hücumu edilib. Nəticədə 600-dən çox ukraynalı hərbçi ölüb.
Qeyd olunub ki, Kramatorsk şəhərinin 28 saylı yataqxanasında 700-dən, 47 saylı yataqxanada isə 600-dən çox ukraynalı hərbçi həyatını itirib. Konaşenkov bildirib ki, bu zərbə cavab əməliyyatı çərçivəsində endirilib.
Nazirlik rəsmisi Ukrayna Ordusunun yanvarın əvvəlində Makeyevka şəhərində Rusiya hərbçilərinin yerləşdiyi bölgəyə raket hücumu həyata keçirməsini də xatırladıb və əlavə edib ki, həmin hücum nəticəsində 89 Rusiya hərbçisi həlak olub.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
