Pleyeri seçin:

Rusiya sanksiyalara meydan oxuyur? | Peskovdan Ukraynaya kritik mesaj - Baku TV

15 iyul 2026 238 baxış

"Fridrix Merzin Rusiyanın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasında iştirakını istisna etmək zərurəti ilə bağlı verdiyi açıqlama Avropa İttifaqının mövqeyinin çıxılmaz mahiyyətini nümayiş etdirir. Rusiyanın iştirakı olmadan təhlükəsizlik zəmanətlərini formalaşdırmaq mümkün deyil. Əgər bu, həqiqətən də, avropalıların möhkəm mövqeyidirsə və onlar buna israr edirlərsə, onda bu, Avropa ölkələrinin nizamlama prosesində iştirak etmə ehtimalını tamamilə sıfıra endirir".

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiyanın iştirakı olmadan Ukrayna üçün heç bir təhlükəsizlik zəmanətinin ola bilməyəcəyini açıqlayan Dmitri Peskov Rusiyanın Avropa İttifaqı ölkələrində kritik infrastruktura qarşı kiberhücumlarda iştirakını da təkzib edib və onlara qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.

"Biz Rusiyanın Avropada, o cümlədən Polşa enerji şəbəkələrinə qarşı kiberhücumlarda iştirakı ilə bağlı iddiaları qəbul etmirik. Bildiyiniz kimi, Rusiya artıq illərdir ki, onunla heç bir əlaqəsi olmayan şeylərdə ittiham olunur. Həmişəki kimi, bu ittihamlar əsassızdır. Onlar heç vaxt tutarlı dəlillə dəstəklənmir. Sanksiyalara gəldikdə isə biz onları həmişə qanunsuz hesab etmişik. Ölkəmizə tətbiq edilən onminlərlə sanksiyaya uyğunlaşmışıq. Bu sanksiyalardan yayınmağı, onların yaratdığı mənfi təsiri azaltmağı öyrənmişik. Bunu etməyə davam edəcəyik", – deyə Kremlin sözçüsü əlavə edib.

Qeyd edək ki, iyulun 13-də Böyük Britaniya və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar elan ediblər. Qərb Rusiyanı ötən il Avropada xaos və nifaq salmaq məqsədi daşıyan kiberhücumlar təşkil etməkdə ittiham edir.

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 238 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 238 baxış
Rezaidən Tramp və ərəb ölkələri barədə sərt açıqlama

Rezaidən Tramp və ərəb ölkələri barədə sərt açıqlama

Dünya
21 sentyabr 2026 238 baxış
İlkin nəticələr hakim partiyanın seçkilərdə öndə olduğunu göstərir

İlkin nəticələr hakim partiyanın seçkilərdə öndə olduğunu göstərir

Dünya
21 sentyabr 2026 238 baxış
Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib

Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib

Dünya
21 sentyabr 2026 238 baxış
Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb

Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb

Dünya
21 sentyabr 2026 238 baxış
Supertanker çatışmazlığı qlobal neft tədarükünü risk altına sala bilər

Supertanker çatışmazlığı qlobal neft tədarükünü risk altına sala bilər

Dünya
21 sentyabr 2026 238 baxış
Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib

Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib

Dünya
21 sentyabr 2026 238 baxış
Fransalı namizəd Ukraynada sülhü Avropa liderlərinin blokladığını deyir

Fransalı namizəd Ukraynada sülhü Avropa liderlərinin blokladığını deyir

Dünya
21 sentyabr 2026 238 baxış
Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur

Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur

Dünya
21 sentyabr 2026 238 baxış
Seçilmişlər
icon