Rusiya təhlükəsizlik zonası yaradır | Putindən qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya təhlükəsizlik zonası yaradır”. Bunu Kreml rəhbəri Vladimir Putin Rusiya qoşunlarının Xarkov istiqamətində irəliləməsi haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, sözügedən istiqamətdə hadisələri qızışdıran isə Qərbdir.
“Stoltenberq Rusiya ərazisində yüksək dəqiqlikli silahların tətbiqindən danışarkən bilməyə bilməz ki, bu cür zərbələr Ukrayna hərbçilərinin iştirakı olmadan, yalnız kosmik vasitələrdən istifadə etməklə həyata keçirilə bilər. Rusiyaya qarşı hücuma hazırlıq planları Ukrayna hərbçiləri tərəfindən deyil, NATO nümayəndələri tərəfindən hazırlanır. Bu, çox vacib məsələdir, onlar Ukraynanın gələcəyi haqqında düşünmürlər. NATO ölkələrinin nümayəndələri nə ilə oynadıqları barədə özlərinə hesab verməlidirlər.
Ukraynada muzdlular var, biz bunu yaxşı bilirik. Hazırda bütün hadisələr Xarkov ətrafında cərəyan edir, hadisələri bu istiqamətdə qızışdıran da məhz NATO-dur. Mən 6 ay bundan öncə açıq şəkildə hər kəsin önündə bildirmişdim ki, əgər onlar yaşayış məntəqələrinə hücumlarını davam etdirərlərsə, biz təhlükəsizlik zonası yaratmaq məcburiyyətində qalacağıq”, – o qeyd edib.
Kreml rəhbəri onu da əlavə edib ki, uzaqmənzilli silahlardan istifadə ediləcəyi təqdirdə Rusiya Silahlı Qüvvələri yenidən sanitar zona ilə bağlı qərar qəbul etməli olacaq.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
