Pleyeri seçin:
Rusiya təyyarəsindəki sərnişin hər kəsə qorxu yaşatdı
Rusiyanın “S7 Airlines” aviaşirkətinin Novosibirsk-Sankt-Peterburq reysində maraqlı hadisə yaşanıb.
Belə ki, sərnişinlərdən birinin təşvişi səbəbindən təyyarənin uçuşu iki saat ləngiyib. Sərnişin üç “Vaqner” döyüşçüsünün onu izlədiyini iddia edib və buna görə qorxuya düşüb. 39 yaşlı Vitali adlı sərnişin təyyarə uçuş zolağında hərəkət etməyə başlayana qədər özünü sakit aparıb. Lakin bu zaman o, üç “ruh” gördüyünü deyib və təyyarənin ön hissəsinə doğru qaçıb. Hava gəmisinin qapısını açmağa çalışan Vitali daha sonra pilotların kabinəsinə soxulmağa cəhd edib.
Stüardessalar sərnişini sakitləşdirməyə çalışsalar da, faydası olmayıb. Nəticədə təyyarənin göyərtəsinə polis və təcili yardım əməkdaşları cəlb edilib və sərnişin ruhi xəstəxanaya aparılıb.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
- İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV
