Pleyeri seçin:
Rusiya üçün ağır gecə | Ölənlərlə bağlı açıqlama verildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 28-dən 29-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatının Kursk vilayətindəki yaşayış binasına hücumu nəticəsində 5 nəfər ölüb.
Bu barədə vilayətin qubernatoru Aleksey Smirnov “Telegram” kanalında yazıb.
“Bu gecə Ukraynaya məxsus kvadrokopter Rılsk rayonunun Qorodişe kəndindəki yaşayış binasına hücum edib. Böyük kədər hissi ilə deyirəm ki, nəticədə ikisi azyaşlı olmaqla, 5 nəfər ölüb. İki nəfər Rılsk Rayon Xəstəxanasına aparılıb və orada onlara tibbi yardım göstərilib. Həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – deyə qubernator bildirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri gecə ərzində Rusiyanın Belqorod vilayətini və kəndlərini də dronlarla atəşə tutub.
Kopyalandı
#PUA hücumu teqi istifadə olunub
- Rusiyaya PUA hücumu rəqəmsal sistemləri iflic etdi
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Rusiya liderini daşıyan bortlar Moskva səmasında dövrə vurub - 24 SAAT
- Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV
- Azərbaycanlı dənizçilərin olduğu gəmidə dəhşətli anlar - Baku TV CANLI
