Rusiya-Ukrayna cəbhəsində şiddətli döyüşlər gedir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya son 24 saat ərzində qüvvələrinin Xarkov və Zaporojye vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin hesabatında qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromları, enerji infrastrukturu obyektləri və uzaqmənzilli pilotsuz uçuş aparatlarının buraxılış məntəqələri vurulub.
Əlavə olaraq Rusiya hava hücumundan müdafiə bölmələri 312 ədəd sabitqanadlı pilotsuz uçuş aparatını vurub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından isə bildirilib ki, son 24 saat ərzində cəbhə xətti boyunca 147 döyüş toqquşması baş verib.
Açıqlamada deyilir ki, Ukrayna Ordusu müxtəlif istiqamətlərdə Rusiya qüvvələrinə şəxsi heyət və texnika baxımından ciddi itkilər verdirib. Bundan əlavə, Ukrayna qoşunları Rusiya qüvvələrinin şəxsi heyət və texnikasının toplandığı üç əraziyə, eləcə də bir pilotsuz uçuş aparatının idarəetmə məntəqəsinə zərbə endirib və 2 400-dən çox pilotsuz uçuş aparatını vurub.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Rusiya ilə pravoslav Pasxası münasibətilə atəşkəsin elan olunmasına hazırdır.
Onun sözlərinə görə, Ukrayna istənilən münaqişənin ölkənin ləyaqətinin və müstəqilliyinin qorunması şərtilə sona çatdırılması formatını, o cümlədən tam atəşkəsi və enerji infrastrukturu obyektlərinə zərbələrin dayandırılmasını dəstəkləyir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
