Rusiya-Ukrayna müharibəsi şiddətlənir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusu mayın 30-a keçən gecə pilotsuz uçuş aparatları ilə Ukraynanın paytaxtı Kiyevə hücum edib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Ukrayna mətbuatı yazır ki, ölkənin Çerniqov, Kiyev, Jitomir, Çerkassı və Kirovoqrad vilayətlərində hava həyəcanı xəbərdarlığı elan edilib.
Paytaxtdakı partlayışlar barədə Kiyev meri Vitali Kliçko xalqı məlumatlandırıb. Bütün təcili yardım xidmətlərinin şəhərin Podolsk və Qoloseyevski rayonlarına göndərildiyini deyən mer hadisənin digər təfərrüatını açıqlamayıb.
Məlumata görə, Kiyevin Darnitski rayonunda da dağıntılar olub. Kiyev Hərbi Administrasiyasından bildirilib ki, 20-dən çox “Shahed” PUA-sı Kiyevin hava məkanında hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
