Rusiya-Ukrayna müharibəsində son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ordusu Ukraynanın Çerniqov vilayətinin Novqorod-Severski şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib. Hadisə nəticəsində azı 4 nəfər həlak olub, 7 nəfər xəsarət alıb.
Bu barədə vilayətin hərbi administrasiyasının başçısı Vyaçeslav Çaus sosial şəbəkə hesabında yazıb.
“Bölgəyə kütləvi hücum olub. Ruslar "Şahed"lərlə zərbələr endiriblər. Təxminən 20 zərbə vurulub. 4 nəfərin ölümü artıq məlumdur. Onların hamısı mülki şəxslərdir, 2 kişi və 2 qadın. Hər birinin ailəsinə başsağlığı verirəm", ‒ deyə yazıda vurğulanıb.
Qeyd edək ki, xəsarət alan şəxslər arasında azyaşlı da var. Xəsarət alanlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilib.
Şəhərdə xeyli sayda dağıntının olduğu da bildirilir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
