Rusiya-Ukrayna müharibəsinin taleyini həll edən görüş necə nəticələndi?
Yeniliklərdən dərhal xəbərdar olun
“Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq, çünki bunlar texniki məsləhətləşmələrdir, hər hansı açıqlamaları gözləməyə ehtiyac yoxdur”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqların nəticələri barədə Moskva və Vaşinqtona məlumat verilib:
“Hazırda danışıqların nəticələrini təhlil edilir. Rusiya və ABŞ təmasları davam etdirəcək, lakin təmasların vaxtı və nümayəndə heyətlərinin tərkibi ilə bağlı hələlik konkret məlumat yoxdur. Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli görüş hələlik planlaşdırılmır”.
Kreml rəsmisi Putinlə Tramp arasında hələlik heç bir danışığın planlaşdırılmadığını, lakin lazım gələrsə, tez bir zamanda bunun razılaşdırılacağını əlavə edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
