Pleyeri seçin:

Rusiya Ukraynada casusluq edən amerikalını mükafatlandırdı | Detallar üzə çıxdı

15 iyul 2025 777 baxış

Ukrayna ərazisində yaşayaraq iki il ərzində Rusiyaya casusluq etmiş ABŞ vətəndaşı Daniel Martindeylə Rusiya vətəndaşlığı verilib.

Amerikalı bu məsələ barədə danışarkən Rusiya vətəndaşlığı üçün uzun yol gəldiyini deyib:

"İlk növbədə məni qəbul etdiyinə görə Rusiyaya təşəkkür edirəm. Mənim üçün bu yol – Rusiya vətəndaşı olmaq asan yol deyildi. Amma biz belə bir şərəfə görə Rusiya Prezidentinə də təşəkkür etməliyik".

Qondarma "Donetsk Xalq Respublikası" rəhbəri, separatçı Denis Puşilin bildirib ki, D.Martindeyl Ukraynanın nəzarətində olan ərazidə iki ildən çox vaxt keçirib:

"Bütün bu müddət ərzində praktiki olaraq bizim xüsusi xidmət orqanlarımız Rusiya Federasiyasının xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək düşmənin yerləşdirilmə, hərəkət yerlərinin müəyyən edilməsinə kömək etdi. Danielin hərəkətləri Kuraxovun azad edilməsi zamanı xüsusilə xarakterik oldu. Bu məlumat sayəsində hər şeyi səriştəli, diqqətlə etmək, şəxsi heyəti xilas etmək və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə nail olmaq mümkün oldu".

D.Martindeyl özü daha sonra jurnalistlərə deyib ki, pasport aldıqdan sonra nəhayət hesab edə bilər ki, heç bir təhlükə yoxdur və o, Rusiyanı tərk etmək məcburiyyətində qalmayacaq.

2024-cü il oktyabrın sonunda məlum olub ki, Rusiya hərbçilərinə kəşfiyyat məlumatı ötürən ABŞ vətəndaşı Ukraynanın Donbas vilayəti ərazisindən təxliyə edilib. Daha sonra mətbuat konfransında həmin şəxsin 33 yaşlı Nyu-York əsilli D.Martindeyl olduğu açıqlanıb. Ondan bəri Rusiya mətbuatı amerikalını müntəzəm olaraq verilişlərə çıxararaq geniş təbliğat aparıb.

Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 777 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 777 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 777 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 777 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 777 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 777 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 777 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 777 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 777 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 777 baxış
Seçilmişlər
icon