Rusiya Ukraynanın bərpasına kömək edəcək | Tramp
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Rusiya tərəfinin münaqişə başa çatdıqdan sonra Ukraynanın bərpasında iştirak edəcəyini bildirib.
Amerika lideri bu açıqlamanı Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra verib.
Onun sözlərinə görə, Moskva Ukraynanın uğurlu olmasında maraqlıdır.
“Onlar kömək edəcəklər. Rusiya Ukraynanın bərpasına dəstək verəcək. Prezident Putin Ukraynanın inkişafına, o cümlədən enerji və elektrik təchizatına münasibətdə böyük səxavət nümayiş etdirib”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl Putinlə mümkün yeni görüşün vaxtı və yerini müzakirə etdiyini təsdiqləmişdi. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə liderlərin Trampın Vladimir Zelenski ilə görüşündən sonra yenidən telefon danışığı aparmaq barədə razılığa gəldiyini bildirib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
