Rusiya Ukraynanın bu ərazilərini geri qaytara bilər? | Financial Times
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh razılaşması üçün hazırkı cəbhə xəttində atəşkəs təklif edib.
Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Putin Sankt-Peterburqda keçirilən görüşdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffa deyib ki, Rusiya Ukraynanın 4 regionuna iddialarından əl çəkə bilər. Söhbət rus qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən geri çəkilməsindən gedir.
“Financial Times” iddia edir ki, bu, Putinin müharibəni dayandırmaq üçün bir sıra tələblərindən imtina etməsinin ilk əlaməti ola bilər. Lakin ABŞ-nin müharibəni bitirmək səyləri ilə tanış olan avropalı rəsmilər xəbərdarlıq edirlər ki, Donald Tramp Rusiyanın digər şərtlərini də Ukraynaya diktə edə bilər.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
