Rusiya Ukraynanın "hörümçək toru" əməliyyatı ilə bağlı hərəkətə keçdi | Peskovdan vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“İyunun 1-də Ukrayna silahlı qüvvələrinin Rusiya aviabazalarına hücumu barədə Vladimir Putin məlumatlı idi”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O əlavə edib ki, hücum zamanı bütün informasiyalar Putinə onlayn formada ötürülüb.
“Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən araşdırma aparılır. Təklif edirəm ki, araşdırmanın nəticələrini gözləyək və bundan sonra Rusiya Müdafiə Nazirliyinin bəyanatının məzmununa diqqət yetirək”, – D.Peskov Ukraynanın “hörümçək toru” əməliyyatı ilə bağlı aparılan araşdırmalara münasibət bildirərkən deyib.
ABŞ, Rusiya və Ukrayna prezidentləri arasında görüş mövzusuna toxunan Peskov əlavə edib ki, Putin təmaslar ideyasını dəstəkləyir, lakin bu istiqamətdə hazırlıq işləri görülməlidir.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
