Rusiya Ukraynaya atəşkəslə bağlı hansı şərtləri qoydu? | Peskovdan mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Kreml hələlik Ukrayna ilə atəşkəs üçün hansı şərtləri irəli sürəcəyini, Rusiyanın memorandum layihəsində hansı tələblərin yer alacağını açıqlamaq niyyətində deyil”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib.
Kreml sözçüsü bütün danışıqların bağlı qapılar arxasında aparılmalı olduğunu deyib.
Eyni zamanda o, Ukraynanın memorandum tələbinin konstruktiv olmadığını vurğulayıb.
Peskov bildirib ki, Rusiya danışıqların iyunun 2-də İstanbulda davam etdirilməsini təklif edib.
Xarici mediada yayılan yazılarda isə bildirilir ki, Rusiyanın danışıqlarla bağlı fəallığı sırf ABŞ Prezidenti Donald Trampı sakitləşdirmək məqsədi güdür.
İddiaya görə, Trampın Putinə “sən alovla oynayırsan” mesajı Rusiyanı danışıqlar masasına yaxınlaşdırıb.
İstanbul danışıqlarının birinci mərhələsində əsir mübadiləsində “minə min” formatından başqa heç nə razılaşdırılmayıb. İyunun 2-də nəzərdə tutulan görüşdən əvvəlki tapşırıq isə atəşkəslə bağlı tərəflərin memorandum hazırlamasıdır. Türkiyə xarici işlər naziri Hakan Fidanın Moskva səfərində bu məsələnin də müzakirə edildiyi deyilir.
Digər tərəfdən, Qərb Ukrayna və Rusiya liderlərinin görüşünün təşkilinə çalışır. Sadəcə, Kreml hazırda Vatikan və Cenevrə variantlarından imtina edir. Yəni Putinlə Zelenskinin görüşü razılaşdırılsa, çox güman ki, İstanbulda baş tutacaq. Amma hələ ki, Putin Zelenskinin Türkiyədə olarkən ona ünvanladığı “mən buradayam” mesajına cavab verməyib. Heç “gözlə, gələcəyəm də” deməyib. Bu isə atəşkəs razılaşmasının qısa müddətdə əldə olunmayacağını göstərir. Elə tərəflər arasında qeydə alınan şiddətli döyüşlər, hücumlar da bunu təsdiqləyir.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
