Rusiya və Böyük Britaniya arasında qalmaqal | O səfiri görmək...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniya səfirini ölkədə prezident seçkiləri ilə bağlı paylaşımına görə Xarici İşlər Nazirliyinə çağırmaqla hədələyib.
M.Zaxarova bu barədə “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya tərəfi ölkədə prezident seçkilərinə müdaxilə cəhdlərinin qeydiyyatını diqqətlə aparır.
“Böyük Britaniya səfirini görmək bizə zövq vermir. Amma buna son qoyulmasa, bunun qarşısının alınması üçün onu çağıra bilərik”, – deyə Rusiya rəsmisi bildirib.
M.Zaxarovanın şərhinə səbəb Böyük Britaniya səfirliyinin Krım, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində Rusiya prezident seçkilərində səsvermə ilə bağlı bəyanatı olub.
Qeyd edək ki, Böyük Britaniya səfirliyi “Telegram” kanalında “Rusiyanın Ukraynaya məxsus Xerson, Zaporojye, Donetsk, Luqansk, eləcə də Krımda seçki keçirilməsi üçün heç bir hüquqi əsası yoxdur, bu ərazilərin hamısı Ukraynanın tərkib hissəsidir”, – deyə bildirib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
