Rusiya və Ukrayna arasında 160-dan çox toqquşma oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 12-dən 13-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə ərazisini dron və raketlərlə atəşə tutub.
Hava hücumundan müdafiə qüvvələrindən bildirilib ki, ölkə ərazisində Rusiyaya məxsus 49 “Şahed” tipli PUA və 2 ədəd ballistik raket məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, son sutka ərzində cəbhədə 165 döyüş toqquşması qeydə alınıb. Döyüşlərdən əksəriyyəti Pokrovsk, Novopavlovsk və Liman istiqamətlərində olub.
Ukrayna mətbuatında verilən məlumatlarda vurğulanıb ki, ölkənin silahlı qüvvələri gecə saatlarında 20 PUA ilə Rusiyanın Volqoqrad neft emalı zavoduna və Bryansk vilayətində neft nasos stansiyasına hücum edib.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib ki, vurulan PUA-ların qalıqlarının yerə düşməsi nəticəsində 16 mərtəbəli yaşayış binasına ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Rusiya səmasında və Azov dənizi üzərində Ukraynaya məxsus 46 PUA məhv edib.
Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına əsasən, federasiyanın bir neçə şəhərində hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
