Pleyeri seçin:
Rusiya və Ukrayna arasında əsir mübadiləsi | Neçə əsir vətəninə qayıtdı?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
Kursk vilayətində hərbi əməliyyatlar zamanı əsir götürülən 115 rusiyalı hərbçi Rusiyaya, 115 ukraynalı hərbçi əsir isə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Bu barədə Rusiya KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
"İndi Rusiya hərbi qulluqçuları Belarus ərazisindədirlər. Orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır. Daha sonra hərbi qulluqçuların hamısı müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaq", – deyə Müdafiə Nazirliyindən bildirilib.
Əlavə olunub ki, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçilik səyləri ilə həyata keçirilib.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
