Rusiya və Ukrayna arasında hərbi gərginlik pik həddə
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Arzamas şəhərinə dron hücumu olub. Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.
Arzamas şəhərinin meri Aleksandr Şelokov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Nijni Novqorod vilayətinə hücum etdiyi yerə təbii fəlakətlə mübarizə aparan tibb qrupu göndərilib.
Mer onu da qeyd edib ki, bütün fövqəladə hallar xidməti dərhal hadisə yerinə cəlb olunub. Yerli sakinlər azı 10 partlayışın olduğunu bildiriblər.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində hava hücumundan müdafiə qüvvələrinin 32 Ukrayna PUA-sını vurduğu barədə məlumat yayıb.
Rusiya Ukraynanın Dnepropetrovsk vilayətindəki dəmiryol qovşağına hücum etdiyini, Ukrayna isə Rusiyanın cənub-qərbindəki Saratov vilayətindəki neft emalı zavodunu vurduğunu açıqlayıb.
Rusiya qüvvələri Sumı, Xarkov, Zaporojye və Xerson istiqamətlərində hücumlar həyata keçirib, Ukraynaya məxsus zirehli texnika, sursat anbarları və təchizat anbarları məhv edilib.
#Hava hücumu teqi istifadə olunub
- Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü
- Rusiya raketlərlə hücuma keçdi | Xeyli insan dağıntıların altında qalıb? - Baku TV CANLI
- Xarkova yeni zərbə endirildi | Hücumda xeyli sayda ölən və yaralanan var - Baku TV
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
