Rusiya və Ukrayna arasında nələr yaşanacaq? | Moskvaya müəmmalı səfər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffun gələn həftə Rusiyaya səfər edəcəyini bildirib.
Bu barədə Ağ Ev rəhbəri Bedminsterdən Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Trampın sözlərinə görə, Uitkoffun səfəri avqustun 6-7-nə planlaşdırılıb.
Ağ Ev rəhbəri əlavə edib ki, Rusiya tərəfi xüsusi nümayəndə ilə görüşməkdə maraqlıdır.
“Sanksiyalar olacaq, amma görünür, onlar məharətlə bundan qaçmağa çalışırlar. Bilirsiniz, onlar hiyləgər insanlardır və sanksiyalardan yayınmağı yaxşı bacarırlar. Beləliklə, nə olacağını görəcəyik. Lakin Stivin diqqəti hazırda insanları yeməyə möhtac olan Qəzzaya yönəlib. O, Rusiyaya çərşənbə və ya cümə axşamı gedə bilər. Onu görüşə dəvət ediblər. Görək nə olur”, ‒ deyə ABŞ Prezidenti bildirib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
