Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 8-dən 9-na keçən gecə Rusiya silahlı qüvvələri Ukrayna ərazilərini dron və raketlərlə atəşə tutub. Kiyev, Odessa, Sumı vilayətlərinə kütləvi atəş açılıb.
Hadisə nəticəsində mülki şəxslər yaralanıb, bir neçə çoxmərtəbəli yaşayış binalarına, fərdi yaşayış evlərinə, avtomobillərə ziyan dəyib.
Dnepropetrovsk administrasiyasının rəhbəri Sergey Lısak isə bildirib ki, avqustun 9-u səhər saatlarında Dnepr raketlərlə atəşə tutulub, 3 nəfər yaralanıb.
Ukrayna hərbi administrasiyasından vurğulanıb ki, son 24 saat ərzində cəbhədə 163 döyüş toqquşması olub. Bununla yanaşı, Ukrayna silahlı qüvvələrinin Rusiyanın daha 940 hərbçisini məhv etdiyi əlavə edilib.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hava hücumundan müdafiə qüvvələri gecə ərzində ölkə ərazisində Ukraynaya məxsus 97 PUA-nı zərərsizləşdirib. PUA-dan bir neçəsi Moskva üzərində vurulub.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına əsasən, gecə ərzində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Vladiqafqaz, Kazan, Kaluqa, Nijnekamsk, Saratov və Ulyanovsk hava limanları müvəqqəti olaraq məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər avqustun 9-u səhər saatlarında bəzi şəhərlərdə aradan qaldırılıb.
#Hava hücumu teqi istifadə olunub
- Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü
- Rusiya raketlərlə hücuma keçdi | Xeyli insan dağıntıların altında qalıb? - Baku TV CANLI
- Xarkova yeni zərbə endirildi | Hücumda xeyli sayda ölən və yaralanan var - Baku TV
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
