Pleyeri seçin:

Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama

16 dekabr 2025 471 baxış

Rusiyanın Cənubi Qafqazda əsas marağı regionda sülhün və inkişafın təmin olunmasıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin "RİA Novosti"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskva regionda sabitliyin və rifahın qorunmasında maraqlıdır ki, bu da Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa, bölgənin potensialının üzə çıxarılmasına və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə imkan yaradır:

"Maraqlarımız sarsılmazdır. Əsas məqsədimiz bölgədə sabitlik və rifah zonasının qorunmasıdır. Rusiyanın Cənubi Qafqazda fundamental marağı sülh və inkişafdır, regionun xaosa sürüklənməsinin qarşısının alınmasıdır".

Diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazın təkcə qonşusu deyil, eyni zamanda Qafqaz dövləti hesab olunur:

"Rusiya Qafqaz silsiləsinin cənubunda yaşayan xalqlarla əsrlərə dayanan dostluq, ortaq tarix, sivilizasiya yaxınlığı, eləcə də milyonlarla ailə və qohumluq bağları ilə birləşir. Uzun müddət vahid dövlətin tərkibində yaşamışıq. Bir vaxtlar Rusiya ilə yaxınlaşma region xalqlarına öz kimliklərini qorumağa imkan verirdi. Cənubi Qafqaz respublikalarının dövlət əsasları sovet dövründə formalaşıb".

M.Kaluqin bildirib ki, Rusiya ilə Qafqaz ölkələri arasında mövcud olan unikal münasibətlər zaman və xarici təzyiqlərdən zərər görmür. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına toxunan rusiyalı diplomat qeyd edib ki, hazırda Bakı və İrəvan əsasən vasitəçilərsiz, birbaşa dialoq aparır:

"İki ölkənin xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətnini paraflayıblar. Rusiya tərəfinin və şəxsən Prezident Vladimir Putinin bu prosesə verdiyi töhfəni nəzərə alaraq, yekun sənədin imzalanması üçün tərəfdaşları öz platformamızda qəbul etməkdən məmnun olarıq".

Banner
Müxalifət kilsə böhranını araşdıracaq komissiyada iştirak etməyəcək

Müxalifət kilsə böhranını araşdıracaq komissiyada iştirak etməyəcək

Dünya
07 oktyabr 2026 471 baxış
Rubionun Afinaya səfərində təhlükəsizlik və enerji məsələləri gündəmdədir

Rubionun Afinaya səfərində təhlükəsizlik və enerji məsələləri gündəmdədir

Dünya
07 oktyabr 2026 471 baxış
ABŞ-də keçmiş ordu psixiatrı barədə edam qərarının detalları

ABŞ-də keçmiş ordu psixiatrı barədə edam qərarının detalları

Dünya
07 oktyabr 2026 471 baxış
Altayda nadir quşların populyasiyasını bərpa etmək üçün 30 şahin təbiətə qaytarılıb

Altayda nadir quşların populyasiyasını bərpa etmək üçün 30 şahin təbiətə qaytarılıb

Dünya
07 oktyabr 2026 471 baxış
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat keçirilib, saxlanılanların sayı açıqlanıb

Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat keçirilib, saxlanılanların sayı açıqlanıb

Dünya
07 oktyabr 2026 471 baxış
Paşinyandan Ermənistanda saxlanılan Azərbaycan hərbçisi barədə açıqlama - Baku TV CANLI

Paşinyandan Ermənistanda saxlanılan Azərbaycan hərbçisi barədə açıqlama - Baku TV CANLI

Dünya
07 oktyabr 2026 471 baxış
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı hərbçi barədə danışdı - Baku TV

Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı hərbçi barədə danışdı - Baku TV

Dünya
07 oktyabr 2026 471 baxış
G7 ölkələrinin bu addımı dizel qiymətlərini endirəcək? - Baku TV

G7 ölkələrinin bu addımı dizel qiymətlərini endirəcək? - Baku TV

Dünya
07 oktyabr 2026 471 baxış
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı generalları Ər-Riyadda niyə görüşüb? - Baku TV

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı generalları Ər-Riyadda niyə görüşüb? - Baku TV

Dünya
07 oktyabr 2026 471 baxış
Zelenskidən xəbərdarlıq

Zelenskidən xəbərdarlıq

Dünya
06 oktyabr 2026 471 baxış
Seçilmişlər
icon