Rusiya yüz minlərlə əsgər itirib, metrlərlə irəliləyir... | Trampın nümayəndəsi nələri açıqladı?
Yeniliklərdən dərhal xəbərdar olun
“Londonda aparılan danışıqlar zamanı Ukrayna və ABŞ müharibənin mümkün dayandırılması üçün 22 konkret şərtdən ibarət siyahı hazırlayıb”.
Bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Ukraynalılar hər şeyi bəyənmirdi, amma bu, normaldır. Danışıqlarda əldə olunan son mövqe heç kimin xoşuna gəlmir”, – o bildirib.
K.Kelloq Kremlin müharibədə qələbəsindən danışan Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatlarını da şərh edib:
“Belə ritorika reallığa uyğun gəlmir. Rusiya bu müharibədə qalib gəlməyəcək. Bu ölkə son il yarım ərzində heç bir uğur əldə etməyib. Onlar yüzminlərlə əsgər itirib, kilometrlərlə yox, metrlərlə irəliləyir. Ukraynalılar isə öz torpaqlarında şiddətlə döyüşürlər. Rusiya qalib gəldiyini deyir, bu, belə deyil”.
Trampın xüsusi nümayəndəsi vurğulayıb ki, Rusiya dəyişən şərtləri qəbul etməlidir:
“Ukrayna yaxşı vəziyyətdədir və avropalı tərəfdaşlar ABŞ-nin iştirakı olmadan, xüsusən də Böyük Britaniya və Fransanın rəhbərliyi altında dəstək qüvvələrini gücləndirir, formalaşdırır. Onlar indi lazım gələrsə, Ukraynaya dəstəyi artırmağa hazırdır”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
