Rusiyada bu sahədə 200 min işçiyə ehtiyac var | Biz problemi həll etmək üçün…
“Rusiyanın tikinti sənayesində hazırda 200 000 işçi çatışmır”.
Rusiya mətbuatı xəbər verir ki, bu məlumatı Baş nazirin müavini Marat Xusnullin “Tikinti sənayesinin gələcəyi: çağırışlar və inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik simpoziumdakı çıxışında açıqlayıb.
“Bizim hesablamalara görə, bu gün tikinti sənayesində 200 minə yaxın işçi çatışmır. Biz problemi həll etmək üçün yeni texnologiyalar tətbiq edir, kadr hazırlığını genişləndiririk”, – M.Xusnullin bildirib.
Onun sözlərinə görə, əmək məhsuldarlığının artırılması kadr çatışmazlığı probleminin həllində əsas məsələlərdən biridir:
“Bizim qarşımızda növbəti illərdə məhsuldarlığı 22 faiz artırmaq vəzifəsi durur”.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya rəsmiləri nəqliyyat və logistika sektorunda 1 milyon, kənd təsərrüfatında isə 800 minə yaxın işçiyə ehtiyac olduğunu açıqlayıblar.
#Rusiya teqi istifadə olunub
- Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV
- Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV
- 44 səhifəlik sənəd Moskva ilə Tehranın uzunmüddətli planlarını üzə çıxardı - Baku TV CANLI
- Duqindən Putinlə bağlı sensasiyalı açıqlama
- Ermənistan dəmir yollarının idarə olunması Putinlə görüşdə əsas gündəm olacaq? - Baku TV CANLI
