Pleyeri seçin:
Rusiyada gərginlik artır | Bu ərazilərdə fövqəladə vəziyyət elan olundu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərinə hücumları davam edir. Avqustun 23-dən 24-nə keçən gecə Rusiyanın Voronej vilayətinə pilotsuz uçuş aparatlarının hücumu nəticəsində iki nəfər yaralanıb.
Bu barədə vilayətin qubernatoru Aleksandr Qusev özünün “Telegram” kanalında məlumat verib.
Ukraynaya məxsus PUA-ların hücumu nəticəsində yaralanan iki qadından biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, PUA-ların gecə hücumundan sonra vilayətin üç yaşayış məntəqəsinin ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Eyni zamanda Rusiya hava hücumundan müdafiə sistemləri Kursk vilayətinin üzərində 5 pilotsuz uçuş aparatını məhv edib.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
