Pleyeri seçin:

Rusiyada matəm elan olundu | Ölümə səbəb olan faciənin detalları

16 avqust 2025 630 baxış

Ukrayna Silahlı Qüvvələrinin avqustun 15-i Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda yerləşən “Elastik” zavodunun barıt sexinə atəş açması nəticəsində baş verən partlayışda həlak olanların sayı artıb.

Bu barədə Regional Əməliyyat Qərargahının mətbuat xidməti məlumat yayıb.

“Dağıntılar altından 3 nəfər xilas edilib. Ölənlərin sayı 11 nəfərə çatıb”, – deyə məlumatda bildirilir.

Hadisə nəticəsində 130 nəfər xəsarət alıb, onlardan 29-u xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib. Partlayışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

İstintaq Komitəsi sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açıb. Müəssisənin yerləşdiyi Şilov rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Məlumat üçün bildirək ki, Ryazan vilayətinin qubernatoru Pavel Malkov Şilov rayonunda baş vermiş genişmiqyaslı partlayışla bağlı matəm günü elan edilməsi haqqında sərəncam imzalayıb. Avqustun 18-də bütün bölgədə bayraqlar endiriləcək.

Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, avqustun 16-sı gecə ərzində ölkənin Hava Hücumundan Müdafiə qüvvələri Ukraynaya məxsus təyyarə tipli 29 PUA məhv edib.

Bununla yanaşı, Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, gecə ərzində Rusiya Silahlı Qüvvələri də ölkə ərazisini dəfələrlə PUA və “İskəndər-M” ballistik raketləri ilə atəşə tutub.

Ukrayna Hava Hücumundan Müdafiə qüvvələrinin məlumatına əsasən, Rusiyaya məxsus 85 PUA-dan 61-i məhv edilib. Əsasən Sumı, Donetsk, Çerniqov və Dnepropetrovsk vilayətləri atəşə tutulub. 

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 630 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 630 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 630 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 630 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 630 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 630 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 630 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 630 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 630 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 630 baxış
Seçilmişlər
icon