Rusiyada miqrantlarla bağlı qaydalar sərtləşdirildi | Medvedevdən mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə miqrantlara dair sərt qərarın qəbul olunması təklifi ilə çıxış edib.
O öz açıqlamasında bildirib ki, miqrantlar Rusiya Federasiyasına mövsümi iş üçün gəldikləri təqdirdə ailələrini ölkəyə gətirməməlidirlər:
"Biz bu məsələyə fərdi yanaşmırıq. Bu qərar qüvvəyə mindiyi gündən etibarən bütün ölkələrin vətəndaşlarına və onların ailələrinə şamil ediləcək. Bir insan mövsümi iş üçün Rusiyaya gəlirsə, niyə ailəsini özü ilə sürükləməlidir? Məktəblərimizdə təhsil alan miqrantların övladları rus dilini öyrənməlidirlər. Onları buna məcbur etmək lazımdır. Miqrantların övladları arasında elələri də var ki, müəllimin nə dediyini anlamır. Rus dilini bilməyənlər dərs otaqlarına buraxılmasın”.
Xatırladaq ki, Rusiyaya miqrantların gəlişi ilə bağlı qaydalar “Crocus City Hall”da baş verən terror aktından sonra bir az da sərtləşdirildi. Yeni qəbul olunan qanunlara görə, Rusiya Federasiyasına ayaq basan əcnəbilər harada qalacaqları, hansı müddətə gəldikləri, rus dili bilikləri, məhbusluq haqqında arayış və digər sənədləri təqdim etdikdən sonra ölkə ərazisinə buraxıla bilərlər. Ən çox miqrasiya düzəlişləri müvəqqəti iş üçün gələnlərə tətbiq edilir.
#Rusiya Təhlükəsizlik Şurası teqi istifadə olunub
- Şoyqudan Ermənistana xəbərdarlıq
- "Avropa qazına keçsəniz, xalq sizi qovacaq" | Medvedevdən Paşinyana mesaj - Baku TV CANLI
- “Cəmi bir gecəyə...” | Sergey Şoyqudan İrəvana sərt xəbərdarlıq - Baku TV CANLI
- “Qərb artıq maskaları çıxarıb” | Sergey Şoyqudan diqqətçəkən sözlər
- Rusiyadan gələn qalmaqallı xəbərdarlıq | Venesuela ssenarisi bu ölkədə də təkrarlanacaq? - Baku TV
