Rusiyada neft anbarında güclü yanğın | Ukrayna-Rusiya müharibəsində son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Rusiyaya dronlarla hücumu nəticəsində Oryol vilayətində neft anbarında güclü yanğın baş verib.
Yerli sakinlərin sözlərinə görə, onlar yanğın başlamazdan əvvəl partlayış səsi eşidiblər.
Bundan əlavə, Nijni Novqorod vilayətində də “Lukoyl” neft anbarına pilotsuz uçuş aparatı ilə hücum edilib. Hadisə ilə bağlı “Lukoyl” şirkəti qurğunun işini dayandırıb.
Rusiya mətbuatında verilən məlumata görə, PUA martın 12-də səhər saat 5-də Kstovo müəssisəsinin ərazisinə düşüb və yanğın başlayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Eyni zamanda Belqorod vilayətində dron hücumuna görə, elektrik xətləri zədələnib 7 yaşayış məntəqəsi işıqsız qalıb.
#Dron hücumu teqi istifadə olunub
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib
- Husilər Səudiyyə Ərəbistanının paytaxtında Müdafiə Nazirliyinə hücum etdiklərini bildirirlər
- Rusiyanın neft terminalına dron zərbəsi endirilib
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
