Pleyeri seçin:
Rusiyada prezident seçkilərinə müdaxilə cəhdi | Navalnı yenidən gündəmdə
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış rusiyalı müxalifətçi, hazırda həbsdə olan Aleksey Navalnı və komandası prezident seçkilərində Rusiya Prezidenti Vladimir Putinin əleyhinə səs verməyə çağırıb.
Bu barədə Navalnının bloqunda yer alan yazıda deyilir.
“Prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Həmin gün hamını seçki məntəqələrinə gələrək Vladimir Putinin əleyhinə səs verməyə çağırırıq. Bu, istənilən digər namizədə səs verməklə edilə bilər”, – yazıda bildirilir.
Navalnıya rəğbət bəsləyənlər isə artıq “Putinsiz Rusiya” saytını işə salıblar. Orada vurğulanır ki, hər bir fəal vətəndaş prezident seçkilərinə qalan 100 gün ərzində qarşısına sadə bir məqsəd qoymalıdır: ən azı 10 nəfəri Putinə qarşı çıxmağa inandırmaq.
Kopyalandı
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
