Rusiyada prezident seçkilərinin nəticəsi | Döyüş gedən ərazilərdə nələr oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
Vladimir Putin sərhəddə və yeni bölgələrdə bütövlükdə ölkə ilə müqayisədə daha yüksək seçici fəallığının onu təəccübləndirdiyini bildirib.
Bu barədə seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra özünün Seçki Qərargahında keçirdiyi mətbuat konfransında deyib.
“Ümumiyyətlə bu istiqamətdə, dövlət sərhədi istiqamətində terror hadisələri baş versə də, həmin ərazilərdə yaşayan vətəndaşlar nəinki vətəndaş şücaəti göstərir, həm də cəsarət nümayiş etdirirlər. Düşündüyüm kimi, heç kim onları qorxuda bilmədi. Xalqımızı qorxutmaq isə mümkün deyil”, – o bildirib.
Rusiyanın daxili siyasi sistemini sarsıtmağa çalışan xarici qüvvələrin indiki prezident seçkilərinin nəticələrindən dərs çıxarıb-çıxarmayacağı ilə bağlı suala Putin belə cavab verib:
“Rusiyaya qarşı işləyən qurumlarda axmaq insanlar oturmur. Qərbin problemi ondadır ki, orada SSRİ ilə döyüşməkdən başqa heç nə bilməyən xeyli adam qalıb. Həmin şəxslər indi də Rusiya ilə bu işi davam etdirirlər. Yeni nəsil mütəxəssislər vəziyyəti real qiymətləndirirlər. Düşünürəm ki, onlar daha çevik davranacaq, lakin Rusiyaya qarşı hədəflərini dəyişməyəcəklər”.
#Prezident seçkiləri teqi istifadə olunub
- Fransada 2027-ci il prezident seçkiləri ilə bağlı siyasi gündəm indidən canlanır - Baku TV CANLI
- Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI
- Korrupsiya qalmaqalları və seçki tələbi | Ukrayna xalqı nə deyir? - Baku TV
- Sovet casusunun nəvəsi Fransa prezidentliyinə namizəd oldu
- Ukrayna hakimiyyəti demokratik prosesə qayıdış yollarını yenidən müzakirəyə çıxarır - Baku TV
