Rusiyada taun həyəcanı: Bioloji silah iddiasına Trampdan cavab - Baku TV
ABŞ Prezidenti Donald Tramp Rusiyada yayılan taun həyəcanı və bu infeksiyanın bioloji silah ola biləcəyi barədə iddialara münasibət bildirib.
Jurnalistin "Rusiyadakı taun xəstəliyi bioloji silahdır?" sualını cavablandıran Tramp bu ehtimalı aşağı qiymətləndirib. ABŞ lideri məsələ ilə bağlı bunları deyib:
"Biz belə düşünmürük. Tezliklə dəqiq öyrənəcəyik, lakin hələlik belə hesab etmirik. Rusiyalılar vəziyyətin tam nəzarət altında olduğunu bildirirlər".
Jurnalistin "Hazırda Rusiya ilə bağlı COVID-19 pandemiyasının başlanğıcında Çinə qarşı yarandığı kimi eyni hissləri keçirirsinizmi?" sualına isə Tramp belə cavab verib:
"Çin, demək olar ki, heç nə demirdi, Rusiya da o qədər çox danışmır. Lakin onlar vəziyyətin tamamilə nəzarət altında olduğunu iddia edir".
#ABŞ teqi istifadə olunub
- ABŞ və İran arasındakı danışıqlarda hansı irəliləyiş var? - Baku TV CANLI
- Rusiya-Ukrayna müharibəsində enerji şirkətləri bazarlığı - Baku TV
- Mirzoyan-Pezeşkian danışıqlarının pərdəarxası: İranın TRIPP narahatlığı aradan qalxır?
- Tramp Londona Şimal dənizində neft və qaz hasilatını artırmağı tövsiyə edib - ANA XƏBƏR
- ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
