Pleyeri seçin:

Rusiyadan Avropaya xəbərdarlıq | Bu raket mümkünsüz hədəfləri də vura bilər! - Baku TV

20 dekabr 2025 341 baxış

Rusiyada modernləşdirilmiş “İskəndər-M” raketinin ilk dəfə 800 kilometrədək məsafəyə buraxıldığı iddia olunur. Lakin Ukrayna hərbçiləri bu ad altında digər növ ballistik silahların da istifadə edilmiş ola biləcəyini istisna etmirlər.

Bu barədə “RBK-Ukrayna” pilotsuz sistemlər qüvvələrinin 413-cü “Reyd” alayının “X” sosial şəbəkəsindəki paylaşımına istinadla məlumat yayıb.

Versiyalardan birinə görə, söhbət həqiqətən də daha təhlükəli sayılan təkmilləşdirilmiş “İskəndər-M” variantından gedə bilər.

Alternativ izah isə Rusiyanın Şimali Koreya istehsalı olan “KN-23” ballistik raketlərindən maksimum istifadə etməyə çalışması ilə bağlıdır.

Xatırladılıb ki, Rusiya təbliğatı hələ 2024-cü ilin iyulundan “İskəndər-1000” kompleksi barədə danışmağa başlayıb. Yayımlanan görüntülərin müqayisəsi isə raketlərin standart “İskəndər-M”dən fərqli olduğunu göstərib.

Ukraynanın ixtisaslaşmış media qurumları 2025-ci ilin noyabrında Rusiya raket proqramına dair sənədlər barədə məlumat yayaraq, hər biri təxminən 2,5 milyon dollar dəyərində olan 18 ədəd “9M723-2” ballistik raketinin alınmasının planlaşdırıldığını bildirib.

“Güman etmək olar ki, söhbət məhz “İskəndər-1000” üçün nəzərdə tutulan bu raketlərdən gedir və Rusiya onları indi epizodik şəkildə tətbiq edə bilər”, – deyə 413-cü alay qeyd edib.

Hərbçilərin diqqətinə görə, “KN-23” raketləri şərti olaraq Şimali Koreya istehsalı sayılır. Çünki onlar Rusiya texnologiyaları və materialları əsasında hazırlanır.

Məlumata əsasən, 2023-cü ildə keçirilən sınaqlar zamanı bu raketlərin uçuş məsafəsi 900 kilometrədək çatıb ki, bu da onların maksimal məsafədə istifadəsini mümkün edir.

413-cü alay vurğulayıb ki, Rusiya operativ-taktiki raketlərin tətbiq məsafəsini 1000 kilometrədək artırmaq istiqamətində sistemli şəkildə irəliləyir. Bu səbəbdən raket təhlükəsi siqnallarına ciddi yanaşmağa çağırış edilib.

22 ölkədən 68 məktəbli Arktikada

22 ölkədən 68 məktəbli Arktikada

Dünya
18 avqust 2026 341 baxış
İran və İraq arasında gərginlik alovlandı | Tehrandan məsələyə təcili reaksiya - Baku TV

İran və İraq arasında gərginlik alovlandı | Tehrandan məsələyə təcili reaksiya - Baku TV

Dünya
18 avqust 2026 341 baxış
“Ümid edirik ki, bu, heç vaxt baş verməyəcək” | Yeni savaş başlaya bilər?

“Ümid edirik ki, bu, heç vaxt baş verməyəcək” | Yeni savaş başlaya bilər?

Dünya
18 avqust 2026 341 baxış
“Diplomatiya alınmasa, zərbə endirəcəyik” | İrandan xəbərdarlıq

“Diplomatiya alınmasa, zərbə endirəcəyik” | İrandan xəbərdarlıq

Dünya
18 avqust 2026 341 baxış
Liderlər arasında telefon danışığı | Nələr müzakirə edildi? - Baku TV CANLI

Liderlər arasında telefon danışığı | Nələr müzakirə edildi? - Baku TV CANLI

Dünya
18 avqust 2026 341 baxış
Nəsli kəsilməkdə olan balığın sayı artırılır

Nəsli kəsilməkdə olan balığın sayı artırılır

Dünya
18 avqust 2026 341 baxış
Bərpa üçün 262 layihəyə 3,14 milyard dollardan çox vəsait yatırılıb

Bərpa üçün 262 layihəyə 3,14 milyard dollardan çox vəsait yatırılıb

Dünya
18 avqust 2026 341 baxış
Maya Sandu Aİ ölkələrinə qarşı hibrid müharibənin başladığını deyib

Maya Sandu Aİ ölkələrinə qarşı hibrid müharibənin başladığını deyib

Dünya
18 avqust 2026 341 baxış
Ərdoğanla Trampın telefon danışığında qlobal proseslər əsas müzakirə mövzusu olub - Baku TV

Ərdoğanla Trampın telefon danışığında qlobal proseslər əsas müzakirə mövzusu olub - Baku TV

Dünya
18 avqust 2026 341 baxış
Moskvanın yeni planı | Dronlar qəsdən Moldovaya yönəldilir? - Baku TV CANLI

Moskvanın yeni planı | Dronlar qəsdən Moldovaya yönəldilir? - Baku TV CANLI

Dünya
18 avqust 2026 341 baxış
Seçilmişlər
icon