Rusiyadan Ermənistanın Aİ-yə üzvlüyünə reaksiya | Erməni politoloqdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistan heç bir halda Avropa Birliyinə üzv ola bilməz. Bu, tamamilə mümkünsüzdür. Prinsipcə, İrəvan AB üzvlüyünə namizəd statusu ala bilər. Bu statusu Ukrayna, Gürcüstan, Moldova alıb və çox güman ki, Ermənistan da alacaq". Bunu erməni politoloq Qrant Mikaelyan deyib.
"Ancaq burada fərqləri qeyd etməyə dəyər. Moldovanın çox ciddi coğrafi arqumenti var, Moldova fiziki cəhətdən Avropada yerləşir, Avropa Birliyinə çox yaxındır. Gürcüstanın çox güclü institusional arqumenti var. Baxmayaraq ki, Tiflis Avropadan uzaqda yerləşir, lakin Gürcüstan, ən azı, tələb olunan bütün islahatları tətbiq edib.
Ermənistan faktiki olaraq sırf siyasi xətt üzrə dəvət və ya namizədlik üçün müraciət etmək imkanı əldə edib. Bu da qətnamədə (Avropa Parlamentinin qətnaməsi) qeyd olunur. Bütün bunlar KTMT ilə əlaqəlidir. Ermənistan KTMT-dən çıxsa, o zaman Rusiya İrəvanın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsini qaldıracaq. Artıq Rusiya tərəfdən belə bir bəyanat eşitmişik. Moskva bu iki təşkilata ortaq paket kimi baxır", – o bildirib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
