Rusiyadan hücumla bağlı təcili açıqlama | Müharibədə son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk səması üzərində 31 ədəd pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Bu barədə vilayətin qubernatoru Aleksey Smirnov məlumat verib. O bildirib ki, hücum nəticəsində elektrik xətləri və bir ədəd körpü sıradan çıxarılıb.
Qubernatorun sözlərinə görə, PUA-lardan sonuncusu Medvensk rayonu üzərində məhv edilib. Smirnov həmçinin əhalini PUA-ların qalıqlarına yaxınlaşmamağa və təhlükə anında müvafiq strukturlara xəbər verməyə çağırıb.
Qeyd edək ki, Rusiya mediasında yayılan məlumata görə, Ukrayna silahlı qüvvələrinə məxsus olduğu bildirilən bu PUA-lar məhz əhalini qorxutmaq və iaşə obyektlərini hədəf alaraq kütləvi dağıntı və tələfata səbəb olmaq üçün Kursk istiqamətində havaya qaldırılıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
