Rusiyadan Polşaya sərt xəbərdarlıq | Sizi buna görə...
Yeniliklərdən dərhal xəbərdar olun
“Rəsmi Moskva Rusiyanın Polşadakı diplomatlarının hərəkətinin məhdudlaşdırılmasına qarşı cavab tədbirləri görəcək”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, təfərrüat məlum olmasa da, hələlik Polşa Xarici İşlər Nazirliyinin notası açıqlanıb.
“Biz onu alandan sonra araşdırıb, cavab tədbirləri görəcəyik ki, nifrət içində boğulan Polşa elitası növbəti anti-Rusiya addımlarına görə qəti şəkildə peşman olsun”, – deyə M.Zaxarova bildirib.
Qeyd edək ki, bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə ərazisində rusiyalı diplomatların hərəkətinin məhdudlaşdırıldığını açıqlayıb. Qəbul edilən qərara görə, Rusiya səfirliyinin əməkdaşları yalnız paytaxtda hərəkət edə biləcəklər. Konsulluq əməkdaşlarına isə işlədiyi regiondan kənara çıxmaq qadağan olunub.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- İrana səfər planlayan vətəndaşlara Moskvadan çağırış - Baku TV
- İrana səfər planlayan Rusiya vətəndaşlarına xəbərdarlıq - Baku TV CANLI
- "Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR
- Avropa diplomatları Rusiya XİN rəhbəri ilə eyni kadrda yer almaq istəməyib
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
