Rusiyadan rəsmi açıqlama: Ukrayna Rusiyanı atəşə tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 16-i gecə saatlarında Rusiyanın Bryansk vilayəti üzərində hava hücumundan müdafiə sistemləri iki pilotsuz uçuş aparatını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Daha üç PUA-nın isə Qara dəniz üzərində, Krım yaxınlığında zərərsizləşdirildiyi qeyd edilib.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz də pilotsuz təyyarələrin Bryanska yaxınlaşarkən vurulmasına aydınlıq gətirib. O bu barədə “Telegram” kanalında məlumat verib. Bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb və dağıntılar qeydə alınmayıb.
Qeyd edək ki, Ukrayna tərəfi noyabrın 14-ü də Rusiyanın Moskva, Tambov, Oryol və Bryansk vilayətlərinə pua hücumuna cəhd edib. Ancaq onlar hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
